Maraqlıdır


Bilirsinizmi?

1936-cı ildə Nyu-Yorkda altıncı sinifdə oxuyan Fillis adlı qız Albert Eynşteynin özünə məktub yazaraq ondan alimlərin dua edib etmədiyini, Tanrıya olan inancları haqqında soruşur.
Beş gündən sonra Eynşteyn məktubu lakonik olaraq cavablandırır.
«Hörmətli Fillis, Mən sənin sualına bacardığım qədər sadə dildə cavab verməyə çalışacağam.
Mənim cavabım:
Alimlər bütün hadisələrin və hətta insanların fəaliyyətlərinin təbiətin qanunları sayəsində baş verdiklərini hesab edirlər. Bu səbəbdən hər hansısa bir alim hadisələrin gedişatına duaların təsir edəcəyini düşünmür. Buna baxmayaraq etiraf etməliyik ki, bizim fövqəltəbii güclər haqqında biliklərimiz bəsitdir. Buna görə həyatımızın sonu və vahid ruh haqqında inanclarımız imana əsaslanır. Elmin müasir inkişafına baxmayaraq, bu inanclar bütün dünyada geniş yayılıb.
Bundan savayı, elmin dərinliklərinə varan hər bir şəxs fövqəltəbii bir ruhun, insan ruhun dəfələrlə güclü bir ruhun Bəşəriyyətin qanunlarını idarə etdiyinə əmin olur.
Beləliklə, elm ilə məşğul olmaq insanda digər sadəlövh dini hisslərdən fərqlənən xüsusi bir növ dini hissin yaranmasına gətirib çıxardır.
Hörmətlə, sizin A. Eynşteyn».
radeona

Pazllar ilk olaraq nə üçün yaranmışdır

İlk pazl təqribən 1760 ildə yaradılıb. Amma bu oyun məqsədli deyil, coğrafiya dərslərində bir vəsait kimi istifadə olunub. Bütün pazllar xəritə kimi istifadə olunurdu. Xəritələr taxta lövhələrə yapışdırılır və sonra isə dövlətlərin sərhədləri üzrə mişarlanırdılar. Şagirdlər onları istifadə edərək xəritəni yığaraq ölkələrin yerləşmələrini yadda saxlayırdılar. İlk olaraq bu vəsait "Mişarlanmış xəritə" adlanırdı.
Bu vəsaitin və ya ixtiranın müəllifi Con Spilsburndur. Onun düzəltdiyi ilk xəritə "Uels və İngiltərənin qraflıqlara bölünmüş xəritəsi" adlanırdı. Bu günədək qorunmuş belə bir xəritə 1766-cı ildə düzəldilmiş"Krallıqlara bölünmüş Avropanın xəritəsi"-dir. 
Tərcümə etdi: Admin 

Qarışqaların böyük yük daşımalarının sirri açıldı

Kembric (University of Cambridge) və Vürzburq (Universität Würzburg) universitetlərinin alimləri yüksək sürətli videokameraların köməyi ilə  Atta vollenweideri növündən olan qarışqaların öz çəkiləri və ölçülərindən dəfələrlə böyük olan yükləri necə daşıdıqlarını lentə alıblar. Həmin videonu analiz edərək bu həşəratların balansı necə saxladıqları aydın olub.
Sözügedən qarışqalar ot sevəndirlər. Argentinada və Paraqvayda yaşayan bu qarışqa növləri otları və yarpaqları kəsərək öz yuvalarına aparırlar. Bəzən bu məsafə 100 metrə qədər olur.


Qarışqaların böyük yük daşımalarının sirri açıldı
Şəkil  Thomas Endlein, W. Thaler
Entomoloqlar belə bir eksperiment aparıblar.  Həmin qarışqalara ot əvəzinə portağal şirəsinə batırılmış kağız parçaları verirlər. Sonra isə qarışqaların onları hansı bucaq altında apardığını ölçürlər.  Aydın olur ki, qarışqalar uzun kağızları qısa olan parçalardan fərqli olaraq böyük bucaq altında aparırlar.
Əlavə müşahidələr onu göstərdi ki, yük daşımada qarışqaların başının hərəkətlərinin böyük rolu var. Qarışqalar çənələrinin tutma yerlərini dəyişməyərək başlarının duruşunu dəyişirlər (başlarının aşağı və yuxarı qaldıraraq).  Həmin bu taktika təpəcikləri qalxan və düşən zaman yardım edir.

Qarışqaların böyük yük daşımalarının sirri açıldı
Şəkil Karin Moll/University of Cambridge
Təpəyə qalxan zaman qarışqalar yükü böyük bucaq altında aparırlar, təpədən düşən zaman isə əksinə.  Bu universitetlərin alimləri qarışqaların balanslaşdırılmamış yükü necə apardıqlarını təyin etmək fikrindədirlər..

Windows 8-in yeni bloqu işıq üzü görüb

Kompüter istifadəçilərin demək olar ki, 99%-i Maykrosoft (Microsoft) şirkətinin istehsalı olan Windows-dan istifadə edir. Bu əməliyyat sistemi mütəmadi olaraq bir necə ildən bir yenilənir. Bu sistemin axırincı versiyası olan, Windows 8, yeni bir bloqunu açıb. 
Yeni bloqa ilk postu Windows bölmə prezidenti Stive Sinofski (Steven Sinofsky) yazıb. O söz verib ki, Microsoft vaxtaşırı bu resursda Windows 8 haqda xəbərlər dərc edəcək və oxuyuculardan şərhlər forması vasitəsilə şirkətlə dialoq qurmalarını xahiş edib.
Sinofski həmçinin əlavə edib ki, “yaxın aylarda” Microsoft tərəfindən mütəxəssislər üçün Windows 8-in ilkin versiyasını buraxılacaq.
Windows 7 əvəzinə buraxılacaq Windows 8 əməliyyat sistemi haqda Microsoft iyunun əvvəlində məlumat vermişdi. Əməliyyat sisteminin həm kompüterlərdə, həm də ARM arxitekturalı mobil qurğularda işləyə biləcəyi məlumdur.
Microsoft tərəfindən Windows 8 haqda yeni ətraflı məlumatın ABŞ-da sentyabrın ortalarında keçiriləcək BUILD konfransında açıqlanacağı gözlənilir. Əməliyyat sisteminin final versiyasının təxmini çıxış tarixi məlum deyil, lakin bu tarixin 2012-ci ildə olacağı güman edilir.

Gələcəkdə niyə insanlar işsiz qalacaq?

Hollivud istehsalı olan küllü miqdarda bloqbasterlər var ki, orada insanların robotlar tərəfindən əsr götürərək məhv etdiklərini lentə alırlar. Əlbəttə ki, bunun günahı hər hansı bir robot istehsal edən şirkətin laboratoriyalarında robotlara düşən virusda olur və onlar başlayır işanları istismar etməyə. Bu əlbəttə ki, bir fantastikadır. Amma ki, bunun bir reallığa çevrilməsinə bir addım qalıb.... 
Gələcəkdə niyə insanlar işsiz qalacaq?
İnsanı məhv edəcək bir sistem yaradılıb. Bu – süni intellektdir.
Rusiya proqramçıların istehsalı olan kompüter proqramı  ilk dəfə Tyuring testini keçib. Bu test süni intellektin insan intellektindən fərqli olmadığını sübut edən bir üsuldur.
Bu proqram Redinq universitetindən olan xüsusi komissiyanın 33 faizini inandıra bilib ki, bu proqram deyil, sadəcə Ukraynadan olan 13 yaşlı bir oğlandır. 
Gələcəkdə niyə insanlar işsiz qalacaq?
Proqramın tərtibatçılarından biri Vladimir Veselov hesab edir ki, proqramın yaradılmasında əsas ideya ondan ibarətdir ki, komissiyanı inandırmaq ki, proqram bir çox şeylər haqda bilir, ancaq onun yaşında bu təbiidir ki, o hər şeyi bilə bilməz.
Koventri Universitetidən olan Kevin Varvik  bildirib ki, proqram bir çox mütəxəssislər süni intellektin təhlükəli olacağı fikilərini təsdiqləmək üzrədir.
Əlbəttə ki, alimlər bunun qeyri hərbi istiqamətə istifadə olacağına inandırmağa çalışacaq. Əlbəttə ki, bu bir cəfəngiyatdır. Gələcəkdə maqazalarda belə intellekti olan robotlar satılacaq və bir insan olaraq onlara rəqabət etmək mümkün olmayacaq. 
Gələcəkdə niyə insanlar işsiz qalacaq?
Gələcək “Matriça” filmində ki kimi olacaq: əgər bir işə düzəlmək istəyirsinizsə dəyəcəklər ki, gedin lazım olan ixtisasın biliklərini beyninizə yükləyin gəlin işə. Bəlkə də gülməlidir.. amma ki .....

Allahın köməyi ilə bu işlər bizim başımıza gəlməz.


1. Bir insan həyatı boyunca təxminən 22 kiloqram dəri itirir 
2. İsti su soyuq sudan daha ağırdır.
3. Həşəratlar yatmır.
4. Bambuk dünyanın ən sürətlə böyüyən bitkisidir, bir gündə 90 sm-ə qədər uzanır.
5. Asqırarkən ürəyiniz də daxil olmaqla bütün orqanlarınızın funksiyaları dayanır.
6. Dünyada baş verən müharibələrin əsas səbəbi təbii ehtiyatları əldə etməkdir.
7. Səudiyyə Ərəbistanında arvadın ərinə qəhvə hazırlamaması boşanmaya səbəbi ola bilir.
8. Balinalar gözləri açıq yatır.
10. Şirlər bir gündə 50 dəfə sevişə bilirlər.
11. Qitə adlarının hamısı eyni hərflə başlayıb eyni hərflə bitir.
12. Yellənən stolda heç durmadan yellənmək rekordu 440 saatdır.

Rusiyanın dörddə biri meşələrlə örtülüdür.

Əgər bir insan fasiləsiz olaraq 8 il 7 ay qışqıra bilsəydi, bir qəhvəni isidə biləcək enerji yarada bilərdi.

Pişiklərin hər bir qulağında 32 əzələ var.

Kərəvəz yeyərkən sərf edilən kalori kərəvəzin içindəki kaloridən daha çoxdur.

İtlərin tər vəzləri ayaqlarındadır.

Sarışınların saç teli əsmərlərə nisbətən daha çoxdur.

Atlar bir aya qədər ayaq üstə qala bilirlər.

Sadəcə donuzlar günəşdən yana bilərlər.

Avstraliyadakı restoranlarda unitazın suyu saat əqrəbinə uyğun axır.

Kişihəyatının 3350 saatını üzünü təraş etməklə keçirir.

Hər insanın dilinin izi də barmaq izi qədər fərqlidir.

Tarakan 250 milyon il yaşasa da, heç bir dəyişikliyə uğramır.

Timsahlarda rəng korluğu var.

Ayı mağaralarının girişi həmişə şimala baxar.


Комментариев нет:

Отправить комментарий