вторник, 25 ноября 2014 г.

Azərbaycanda qəbul imtahanlarında DƏYİŞİKLİK

Azərbaycanda qəbul imtahanlarında DƏYİŞİKLİK


Gələn il qəbul imtahanlarında test tapşırıqlarının sayı ilə bağlı dəyişikliklər ediləcək.

APA-nın məlumatına görə, Tələbə Qəbulu Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, 2015-ci ilin qəbul imtahanlarında uyğunluğu müəyyən etmək tapşırıqlarının sayının 1 ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi planlaşdırılır.
 
Onun sözlərinə görə, qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd test tapşırığının istifadəsi gözlənilir. O qeyd edib ki, cədvəldə bu fənlərin qruplar üzrə çeşidi və həmin fənlərin müvafiq qrupdakı çəki əmsalları təqdim olunur.
 
Belə ki, I ixtisas qrupunda riyaziyyat, kimya, fizika, II ixtisas qrupunda riyaziyyat, coğrafiya, ana dili, III qrupda riyaziyyat, tarix, ana dili, IV ixtisas qrupunda isə riyaziyyat, kimya, biologiya fənləri üzrə açıq tipli test tapşırıqları tətbiq olunacaq.
 
O həmçinin qeyd edib ki, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək. Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcək. bu yeniliklə bağlı “Abituriyent” jurnalının 1-ci sayında model testlər dərc olunacaq.
 
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə qəbul imtahanlarında 4 ildir ki, açıq tipli test tapşırıqları tətbiq edilir. Qəbul imtahanlarında hesablama, seçim, ardıcıllıq və uyğunluğu müəyyən etmək formalı 5 açıq tipli test tapşırığından istifadə edilir

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Əjdər AĞAYEV,
pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim
Hər bir fəaliyyət sahəsində olduğu kimi, təhsil sahəsində də görüləcək işin onu görən insanlar arasında düzgün və dəqiq bölünməsi mühüm əhəmiyyət daşıyır. Dərs bölgüsü anlayışı altında məktəbdə çalışan müəllimlərin tədris yükünün nə qədər olması nəzərdə tutulur. Bəllidir ki, hər bir məktəbdə müəllimin fəaliyyət dairəsi genişdir. O, məktəbin ictimai işlərində və digər təşkilati işlərdə çalışır, eləcə də dərnəklər, fakültativ məşğələlər aparır, hər hansı sinfə rəhbərlik edir və s. Amma bunların heç biri onun dərs yükünə daxil deyil. Dərs yükü dedikdə müəllimin sabit cədvəl əsasında konkret fənn üzrə proqrama əsaslanan, sabit şagird heyəti ilə apardığı məşğələlər nəzərdə tutulur. Yəni, dərs cədvəlində bir həftə ərzində müəyyənləşdirilmiş tədris fəaliyyəti gerçəkləşdirilir.
Təcrübədən bəllidir ki, hər bir müəllimin maksimum tədris yükünün nə qədər olması qanunvericiliklə tənzimlənir. Biz dərs yükünün 24 saat, 18 saat olduğu zamanların şahidi olmuşuq, lakin 1990-cı illərin əvvəllərindən müəllimlərin bir həftəlik dərs yükü 12 saat müəyyənləşdirilmişdir.
Hazırda dərs yükünün nə qədər olması ilə əlaqədar müzakirələr gedir və yaxud bir müəllim bir həftə ərzində neçə saat dərs deməklə əməkhaqqını yüksəldə bilər kimi fikirlər mətbuatda da öz əksini tapır.
Təcrübədən görünür ki, 12 saatlıq norma üzrə dərs deyən müəllim onu 24 saata qaldırmaqla əməkhaqqını 2 dəfə artıra bilər. Lakin bir oklad dərs yükündən artıq deyilən dərsin əməkhaqqının necə hesablanması rəhbər icra orqanının təlimatı göstərişindən asılı olur. Əlbəttə, bu da həlli dəqiqlik tələb edən məsələlərdən biridir. Mənim əsas fikrim isə müəllimin bir həftə ərzində neçə saat dərs deyə bilməsi ilə əlaqədardır. Fikrimcə, müəllim bir həftədə 18 saat normal dərs deyə bilər. Əgər saatların sayı artırılarsa, həmin artırılmış dərslərin səmərəliliyi standarta uyğun ola bilməz. Çünki müəllimin tədris fəaliyyəti onun təfəkkürü, elmi və metodik hazırlığı və bunlardan istifadə bacarığı ilə bağlıdır. Bütün bunlar isə hər gün 3 və ya 4 saat dərs deməklə öz effektini saxlayır. Əgər müəllimə 26, 30, 36 saat dərs yükü müəyyənləşdirilərsə, heç şübhəsiz, müəllim tezliklə yorular və dediyi dərslərin keyfiyyəti təminedici olmaz.
Hamıya bəllidir ki, müəllim dərsi keçməzdən əvvəl saatlarla ona hazırlıq aparır. O, ixtisas bilgisi ilə yanaşı metodik axtarışlarda olur. Əyanilik və İKT-dən istifadə üçün materiallar hazırlayır. Tədrisdə müxtəlif iş forma və metodlarından istifadəni layihələndirir. Yəni, hər bir müəllim deyəcəyi dərs üçün xeyli hazırlıq vaxtı sərf edir və yaxud tapşırıqların yoxlanması, yoxlama işlərinin dəyərləndirilməsi, əlavə tapşırıqların hazırlanması və bu kimi işlərin görülməsi müəllimdən vaxt və enerji tələb edir. Belə olan şəraitdə çox dərs deməyə çalışan müəllimlər həm onun hazırlıq mərhələsini, həm də tədris mərhələsini lazımi səviyyədə həyata keçirə bilmirlər. Bu mənim 50 illik təcrübəmdən gələn qənaətlərimdir. Fikrimcə, həftədə 12 saatlıq dərs yükü 1 oklad hesab edilməklə müəllimlərə oklad yarımlıq tədris fəaliyyəti imkanı vermək məqsədəuyğun olar.
Bəzi ekspertlər müəllimin tədris yükünün 30-36 saata qədər qaldırılmasını onun əməkhaqqının artırılması mövqeyindən gərəkli bilirlər. Təbii ki, müəllimə zəhmətinin dəyərinə görə əməkhaqqı vermək lazımdır. Lakin bu əməkhaqqı elə bir oklad üçün nəzərdə tutulmalıdır. Əməkhaqqı xatirinə müəllimi, necə deyərlər, robota çevirmək heç də məqsədəuyğun deyil.
Mən diqqəti bir cəhətə də yönəltmək istərdim. Bu da ondan ibarətdir ki, əslində müəllimlərin əməkhaqqı 1 həftədə dediyi dərsin miqdarına görə yox, bir ayda dediyi dərsin miqdarına görə ödənilsin. Hazırda müəllimlərin əməkhaqqı bir həftəlik dərs yükünə görə hesablanır və bu bir ay üçün nəzərdə tutulur. Yaxşı olar ki, bir həftəlik əməkhaqqı 4 həftəyə vurulsun və ayın sonunda cəmlənib verilsin.
Bir neçə kəlmə də hazırda ümumtəhsil məktəblərindəki dərs bölgüsü təcrübəsinə aid demək istərdim. Müşahidələrdən aydın olur ki, respublikanın bəzi məktəblərində direktor müavinləri və məktəb direktorları dərs bölgüsündən mənfəətlənmək məqsədi ilə vasitə kimi istifadə edirlər. Məsələn, eyni fəndən hansı müəlliməsə dərs saatını çox, hansı müəllimə isə az nəzərdə tutur və yaxud bəzi müəllimlərə ixtisası olmayan fənlərdən dərs yükü verir. Bu cür hallar məktəbdə sağlam psixoloji ahəngi pozur, haqlı narazılıqlar yaradır, həmçinin tədris səviyyəsinin aşağı düşməsinə səbəb olur. Pedaqoji tələb belədir ki, eyni ixtisas üzrə dərs deyən müəllimlərin tədris yükü bərabər bölünməlidir. Fənlər hər müəllimin ixtisasına uyğun olaraq paylaşdırılmalıdır.

Оптимизация оценки деятельности учителя на уроке (версия 2)



Доработка карты оценивания* Обязательно
    Педагогическое общение *
    Из восьми пунктов оценки деятельности учителя отметьте три самых неудачных с вашей точки зрения

    Постановка целей и задач педагогической деятельности *
    Из восьми пунктов оценки деятельности учителя отметьте три самых неудачных с вашей точки зрения

    Мотивирование учащихся *
    Из восьми пунктов оценки деятельности учителя отметьте три самых неудачных с вашей точки зрения

    Обеспечение информационной основы деятельности *
    Из восьми пунктов оценки деятельности учителя отметьте три самых неудачных с вашей точки зрения

    Организация учебной деятельности *
    Из восьми пунктов оценки деятельности учителя отметьте три самых неудачных с вашей точки зрения

понедельник, 24 ноября 2014 г.

Mentorluq

“2014/2015-ci tədris ilində ibtidai təhsildə dərs deyəcək müəllimlər üçün yeni ibtidai təhsil kurikulumu üzrə mentorluq dəstəyi” layihəsində iştirak etmək istəyən müəllimlərin nəzərinə:


“Mədəd Azərbaycan” MMC və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış 23 iyul 2014-cü il, 4394AZ-QCBS-260 №-li müqavilə çərçivəsində Mədəd Azərbaycan təşkilatı 2014/2015-ci tədris ilində ibtidai təhsil kurikulumu üzrə təlimlərdən keçmiş ibtidai təhsildə dərs deyəcək müəllimlər üçün mentorluq dəstəyi xidmətləri təklif edir.

“İbtidai təhsil kurikulumu üzrə mentorluq dəstəyi” layihəsi haqqında qısa məlumat.
Layihəyə “2014/2015-ci tədris ilində ibtidai təhsildə dərs deyəcək müəllimlər üçün yeni ibtidai təhsil kurikulumu üzrə təlimlər” dən keçmiş ibtidai təhsildə dərs deyəcək müəllimlər cəlb olunur. Layihənin əsas məqsədi yeni ibtidai təhsil kurikulumunun tətbiqində problemlərlə qarşılaşan, cətinliklərin aradan qaldırılması üçün yardıma ehtiyacı olan müəllimlərə dəstək gostərmək üçün bu sahədə təcrübəsi olan peşəkar mentorların dəstəyi ilə xidmətlərin göstərilməsidir.
“İbtidai təhsil kurikulumu üzrə mentorluq dəstəyi” layihəsində iştirak etmək istəyən müəllimlər üçün qoyulan tələblər:
- “2014/2015-ci tədris ilində ibtidai təhsildə dərs deyəcək müəllimlər üçün yeni ibtidai təhsil kurikulumu üzrə təlimlər” dən keçmiş ibtidai təhsildə dərs deyən müəllim;
- İKT-dən istifadə bacarıqları;
- Onlayn ünsiyyət bacarığı;
- Məsuliyyət;
- Əməkdaşlıq bacarığı;
- Fasilitasiya bacarığı.
Qeyd: Təlimdə iştirak üçün yalnız “2014/2015-ci tədris ilində ibtidai təhsildə dərs deyəcək müəllimlər üçün yeni ibtidai təhsil kurikulumu üzrə təlimlər” dən keçmiş ibtidai təhsildə dərs deyəcək müəllimlər müraciət edə bilər. “2014/2015-Cİ TƏDRİS İLİNDƏ İBTİDAİ TƏHSİLDƏ DƏRS DEYƏCƏK MÜƏLLİMLƏR ÜÇÜN YENİ İBTİDAİ TƏHSİL KURİKULUMU ÜZRƏ MENTORLUQ DƏSTƏYİ” LAYIHƏSİNDƏ İŞTİRAK ÜÇÜN MÜRACİƏT FORMASI nı aşağıdakı ünvanlardan əldə edə bilərsiniz.
Əlavə məlumat üçün əlaqələndirici şəxs:
İlahə Tağıyeva
Mədəd Azərbaycan təşkilatı – Proqram üzrə menecer
Email: ilaha.t@madad.net
Tel.: (+99412) 530 82 95
Fax: (+994 12) 530 81 78
Mob.: (+99455) 505 65 02
Ilahə Fazilova
Mədəd Azərbaycan təşkilatı – Proqram üzrə koordinator
Tel.: (+99412) 530 82 95
Fax: (+994 12) 530 81 78
Cell: (+994 55) 505 64 16

XARİCİ DİL ÖYRƏNMƏK ÜÇÜN ATMALI OLDUĞUNUZ 10 ƏSAS ADDIM

XARİCİ DİL ÖYRƏNMƏK ÜÇÜN ATMALI  OLDUĞUNUZ 10 ƏSAS ADDIM
1-ci addım:

QƏTİ QƏRAR VERİN: Dil öyrənməyə neçə dəfə başlamısınız? Güman ki, bir çox dəfə. Amma kursa getmisiniz, kitab almısınız, internetdən təqib etmisiniz və sıxılıb buraxmısınız. Təkrar olaraq bunu yaşamamaq üçün dil öyrənməyə ciddi bir qərar verməyiniz lazımdır. Niyə dil öyrənmək istədiyinizi bilməyiniz də bura daxildir. Başqa ölkələrə köçmək, işləmək, gəzmək üçün ola bilər. Başqa dildə oxumaq, yazmaq, izləmək üçün də ola bilər. Hər nə olursa olsun, siz qəti qərarınızı verin və o cür başlayın. Qərar verərkən də, xarici dili, oxumaq, yazmaq, danışmaq və ya hamısını etmək üçünmü öyrənəcəyinizi də dəqiqləşdirin. Sadəcə kitab oxumaq, internetdən məlumat toplamaq üçün dil öyrənəcəksinizə, təbii ki, proqramınız, danışmaq üçün dil öyrənəndən daha fərqli olmalıdır.
2-ci addım:
PROQARMINIZ TƏQVİMLİ OLSUN: Dil öyrənərkən özünüzü aldatmayın. 3 ayda dil öyrənmək üçün 24 saat dillə yatıb qalxmalısınız. Şagirdsinizsə, tələbəsinizsə, məmursunuzsa, işçisinizsə, ev xanımısınızsa, müdürsünüzsə, nəticədə, əvvəlcə, işinizi görüb, məktəbinizə gedib sonra dil öyrənəcəksiniz. Ona görə də məqbul və məntiqli bir zaman proqramı hazırlayın. Məsələn, belə bir proqram ola bilər: 6 ayda oxumaq, 10 ayda yazmaq, 12 ayda danışmaq, 24 ayda tərcümə etmək. Bu, ortalama olaraq, yeni bir dil öyrənən insanlar üçün olduqca uyğun bir proqramdır.
3-cü addım:
PROQRAMINIZA ƏMƏL EDİN: Hər öyrənən üçün ən çətin olanı bu tərəfdir. Proqrama əməl etmək. Çünki çox vaxt bir maneə çıxır və proqramımızı pozur. Bu mövzuda rahat olun. Bir gün çalışmadınızsa, axşam yatmazdan əvvəl 5- 10 dəqiqə öyrəndiyiniz dildə cümlələr qurmağa çalışaraq yatın. Ya da maşınınızla ya avtobusla gedərkən telefonunuza yüklədiyiniz materiallardan dinləyin. Əsla, “Neçə gündür, çalışmıram..bu iş olmayacaq” deməyin. Hər zaman davam edin. Kiçik, kiçicik öyrənmə fürsətlərini belə qaçırmayın. Duş qəbul edərkən, yemək hazırlayarkən, piyada getdiyiniz zaman, idmanla məşğul olarkən… Bəzən sizdən asılı olmayan səbələrə görə, proqramınız 1-2 ay kimi uzun müddət qədər uzana bilər. O zaman qətiyyən buraxmayın, ara verdiyiniz müddəti zaman təqviminə əlavə edin və davam edin.
4-cü addım:
NİZAMLI ÖYRƏNMƏYİN: Bu ifadəni səhv yazdığımı zənn edə bilərsiniz. Xeyr, doğru yazdım: Nizamlı öyrənməyin. Nəzərdə tutduğum budur: Yəni sıra ilə gedərək qrammatik məlumatları, ən sadə cümlələrdən başlayaraq danışmağa çalışmaq məşqləri etməyin. Bu gün çox sadə bir mövzu, digər gün heç eşitmədiyiniz ağır məlumatlar ehtiva edən başqa bir mövzunu çalışın. Qrammatikanı ordan-burdan çalışın. Bir kitaba bağlı çalışırsınızsa, bəzən başlardan..bəzən ortalardan..bəzən sonlardan çalışın. Unutmayın, uşaq olanda, danışdığımız dili öyrənərkən, nə qrammatika bilirdik, nə də dil bilgisi. Eşidə -eşidə şüuraltımız öyrənmişdi və biz də danışmağa başlamışdıq. Yeni dili də bu cür düşünün. Hər şeydən bir şeylər çalışın, dinləyin, danışın.
5-ci addım:
ƏZBƏRLƏMƏYİN: Xarici dil öyrənərkən əzbərləməyə ehtiyac yoxdur. Çünki həyatdakı ünsiyyətlər əzbərlə yaşanmır, o an təsadüfi yaşanır. Yeni tanış olduğunuz hər kəsdən, “adın nədir, haralısan, nə qədər vaxtdır burdasan, nələri sevirsən” kimi sualları arxa-arxaya soruşuruqmu? Xeyr, söhbət bizi o suallara onsuz da aparır. Əzbərləmək yerinə sözləri və cümlələri bol bol istifadə edin. Yeni bir sözmü öyrəndiniz, bunu dərhal istifadə edin. Mümkünsə, qeyri-adi şəkildə istifadə edin. Məsələn, “yaşıl” sözünü öyrəndiyiniz dildə öyrəndiniz, dərhal qeyri-adi söz birləşmələri  və cümlələr qurun: “Yaşıl adam gördüm, yaşıl su içdim, yaşıl çörək yedim” kimi.
6-cı addım:
SƏSLİ TƏKRAR EDİN: Şüuraltınız səsi çox sevir. Səsli danışın, oxuyun, yazın. Film izləyərkən, kitab oxuyarkən, musiqi dinləyərkən səsli olaraq təkrarlayın. Bu təkrarların sayı artdıqca və zaman keçdikcə sizə nə qədər çox yararlı olduğunu özünüz görəcəksiniz. Dilin sözləri və cümlələri öz-özünə ağlınıza gələcək. Kursa gedirsinizsə, kursdan verilənləri, getmirsinizsə, inernetdən tapdıqlarınızı bol-bol oxuyun, izləyin. Eyni mövzuları başqa qaynaqlardan çalışın, dinləyin. Bu mövzuda bir kitab evinə getdiyiniz zaman və internetdə o qədər çox köməkçi qaynaq var ki, heç bir zaman çətinlik çəkməzsiniz. Sadəcə olaraq, siz, tapdığınız bu qaynaqların haqqını verin.
7-ci addım:
DOST TAPIN: Dünyanın kiçik bir kəndə döndüyü bu mühitdə öyrəndiyiniz dili danışan yoldaşlar tapmaq o qədər asandır ki. Facebook, Twitter, Msn, Gmail kimi sosial mühitlərdən və xarici dil yoldaşlığı üçün qurulan bir çox saytdan faydalana bilərsiniz.
8-ci addım:
ALT YAZI OLMADAN FİLM İZLƏYİN: Xarici dil öyrənərkən hər kəs filmlərdən faydalanır. Ancaq çoxumuz alt yazı ilə (öz doğma dilimizdə və ya bildiyimiz hər hansı bir dildə) izləyirik ki, filmi anlayaq. Bunu beyninizdən silin. Filmlərdə alt yazı istifadə etməyin. İstifadə edəcəksinizsə də, öyrəndiyiniz dilin alt yazısı olsun. Sadəcə filmi izləyin. 5-10 filmdən sonra nə qədər çox inkişaf etdiyinizi və filmi bir qədər anlaya bildiyinizi görəndə, özünüz də təəccüblənəcəksiniz.
9-cu addım:
GÜNDƏLİK TUTUN: Deyə bilərsiniz ki, heç öz dilimdə gündəlik  tutmuram, qalmış xarici dildə tutum. Mənim demək istədiyim odur ki, öyrənmə gündəliyi tutun. “Bu gün bu dərsi işlədim. Bu sözləri öyrəndim. Bu anlamda işlənirlər” şəklində məlumatları qeyd edin. Sonra onları oxuyun. O gündəliklər, zaman keçdikcə, sizə, nə qədər çox bilgi öyrəndiyinizi göstərən və sizi cəsarətləndirən dostunuz olacaq.
10-cu addım:
CƏSUR OLUN, SƏHV EDİN: Ən önəmli addımı ən sona saxladım. Çünki dil öyrənməyin ən asan yolu bol-bol səhv etməkdir. Əgər başqa biri ilə danışarkən, yazışarkən, səhv edirsinizsə, təbii olaraq sizə bunun doğrusunu öyrətmək istəyəcək. Bu da  sizə pulsuz müəllim. Öz-özünüzə səhv etsəniz də, doğrusu ilə qarşılaşdığınız zaman şüuraltınız sizi doğrusuna yönləndirəcək. Çünkü səhvi bəlkə bir dəfə edəcəksiniz amma doğrular bir çox yerdə qarşınıza çıxacaq. Şüuraltı hər zaman çoxluğun tərəfindədir. Buna görə də dil öyrənəndə, “Cəsur ürək” olun və dayanmadan yalnış doğru dilə hücum edin.
Xarici dil öyrənmək çox çətin kimi görünən amma beyninizdə sizi qorxudan əngəlləri tərk etdiyiniz zaman çox zövqlü bir öyrənmə müddətidir. Başqa bir dildə söhbət etməyin, kitab oxumağın,  gündəlik tutmağın verdiyi zövq həqiqətən də başqadır.
Xarici dil öyrənmə müddətinizdə sizə uğurlar diləyirəm. Bir gün başqa bir dildə görüşmək arzusu ilə.

пятница, 21 ноября 2014 г.

V “Elektron Təhsil” Respublika müsabiqəsinin III mərhələsinə start verilib.

V “Elektron Təhsil” Respublika müsabiqəsinin III mərhələsinə start verilib.
 Müsabiqəyə  təqdim  olunan  978 layihədən 302-si III mərhələyə  keçib.  Müvafiq qiymətləndirməyə əsasən, bu mərhələdə yüksək bal toplayan işlərin müəllifləri Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edəcəklər.
Müsabiqə “Dr. Web”, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Edumedia-Azərbaycan”, “AZEDUNET”, “Ultra”, Mədəd Azərbaycan və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənir.
Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi diplomları, noutbuklar, planşetlər, printerlər və digər mükafatlar təqdim olunacaq.

четверг, 13 ноября 2014 г.

BİLİK FONDU MÜSABİQƏ ELAN EDİR

Vətənin pərvəri ol!
BİLİK FONDU MÜSABİQƏ ELAN EDİR!
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu noyabrın 15-dən fevralın 1-dək vətənpərvərlik mövzusunda müsabiqə elan edir!
Müsabiqə üç yaş qrupunda, aşağıdakı nominasiyalar üzrə keçiriləcək:
1. şeir, esse və ya hekayə;
2. rəsm və ya əl işləri;
3. foto;
Müsabiqəyə qatılan iştirakçılar 10-17, 18-25, 26-35 yaş qrupları üzrə bölünəcəklər.
Hər yaş qrupunun qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
• Seçilmiş şeir, hekayə və esselərdən ibarət toplu nəşr olunacaq.
• Rəsm, foto və əl işlərindən ibarət sərgi keçiriləcək.
Qaliblər 2015-ci il fevralın 15-də təltif olunacaqlar!
Müsabiqədə iştirak etmək istəyənlər orijinal, heç yerdə çap olunmayan və sərgilənməyən əsərlərini və özləri haqqında məlumatı aşağıdakı ünvana təqdim edə bilərlər:
Az 1069, Bakı şəhəri, Ağasadıq Gəraybəyli küçəsi 7
Tel.: (+994 12) 561-71-41; 561-60-41; 561-60-51
bilikfondu@gmail.com
İştirakçılar haqqında məlumat
Adı, soyadı,
atasının adı Doğum tarixi və yeri İşlədiyi, yaxud təhsil aldığı yer Əlaqə telefonu və elektron ünvanı Qatıldığı nominasiya

PEŞƏKAR MÜƏLLİMİN BƏDƏN DİLİ

ƏLLƏR VƏ ONLARİN İSTİFADƏ EDİLMƏSİ
Əllər insanın özünü ifadə etməsində ən hissi və ən təsirli orqandır. İnsan əlinin bacarığının inkişafı onun beyninin biolji inkişafı ilə paraleldir. İnsan beyninin düşünub xəyal etdiyini əllər həyata keçirir.
Əldə yerləşən saysız sinirlər vasitəsilə insan barmaqları arasındakı bir saç telini, ya da toz zərrəciyini hiss edir.
İnsan beynində baş və şəhadət barmaqlarını idarə edən hüceyrələrin yerləşdiyi sahə bütün duyğu orqanlarının tutduğu sahəyə bərabər, ayağın tutduğu sahədən də 10 dəfə böyükdür.
10437237_1503142326571309_729628670_n
ƏLİN FORMALARI
Bir dirijorun əlindəki çubuq hansı funksiyanı yerinə yetirirsə, danışan insanın əlləri də o funksiyanı yerinə yetirir. Əl hərəkətləri danışığımıza ritm və vurğu qataraq düşüncəmizin duyğusal tonunu göstərmiş olur.
AÇIQ ƏL
Müəllimin əllərinin hərəkətlərindən biri, ovuclarınin açıq olaraq çölə baxması və ovuc içinin şagirdə göstərilməsidir. Ovuc içi əllərin çölünə nisbətən daha həssasdır.
Müəllim sinifdə eyni səs tonu və sözlərdən istifadə etsə belə, ovcunun istifadəsindəki fərqlilik səbəbi ilə şagirdi narahat edə bilər.
Açıq əl şagirdə müəllimin daxilini göstərir. Belə bir əl şagirdə dostluq və inam təklif edir. Uzlaşma və razılığa dəvət edir. Müəllim ovuc içini şagirdə göstərməklə: “Mənim sizdən gizlədəcək heç bir şeyim yoxdur, sizinlə səmimiyəm və sizdən gələn mesajları qəbul etməyə hazıram”-deməkdədir. Açıq əl iqtidarlıq qurmaq hissi oyatmayacaq. “Bax əlimdə bir şey gizlətmirəm, həqiqəti deyirəm” demək üçün yaxşı bir üsul kimi qəbul olunur.
Bundan əlavə, açıq əl qarşınızdakı şəxsə olan hörmətinizi ifadə edir və təklifin bərabər səviyyədə qarşılıqlı əlaqə içərisində verilə biləcəyini də göstərir.
NÜFUZLU ƏL (QAPALI ƏL)
Qapalı tutulan əl ovuc içinin aşağıya tərəf olması, yəni əlin tərsinin yuxarı və ya qarşısındakı şagirdə tərəf olması müəllimin həssas tərəfinin dünyaya bağlandığını göstərir. O,sadəcə dərsini başa salmaq üçün sinifə girir. Özünü munasibətlərə bağlamışdır.
Dərsi izah edərkən əlinin üst tərəfini sinifə göstərən müəllim ya duyğularındakı inamsızlığı, ya da biliyindəki əskikliyi sinifdən gizlətməyə çalışır. Bu davranışı vərdiş halını alan müəllimin dərsindən bir şey gözləmək imkansızdır. Sanki əlləri ilə şagirdləri arasında bir divar hörərlər. Qapalı əl bir anda şagirdin beynində nüfuzu canlandırır.
Hər hansı bir müzakirəni dayandırmaq, sakitləşdirmək istəyən nazir, bir avtomobili dayandırmaq istəyən yol polisi, sinifi sakitləşdirmək istəyən müəllim ovucları aşağı baxaraq əllərini nüfuzlu şəkildə istifadə edərək danışacaqdır.
ƏLİN TƏHDİD VƏZİYYƏTİ
Şagirdin etdiyi bir səhvi əlini yumruq şəklində sıxaraq şəhadət barmağını kağız üzərinə uzadaraq göstərən müəllim heç bir üzr qəbul etməyəcəyini vurğulayır və bu, bir təhqirdir.
Şagirdi lövhəyə çağırarkən şəhadət barmağımızı ona tərəf uzadaraq “Sən qalx “dediyimizdə ona iki ismarıc göndərmiş oluruq .Birincisi, “Sənin adını demədiyimçün varlığını qəbul etmirəm”, ikincisi “Mən nə qədər gülümsəmiş olsam belə, lövhəyə gəlincə sənə elə suallar verəcəyəm ki, həll etmək çox çətin olacaq”. Şagird əşya deyil. Ona dəyər verməli və barmağınızla təhdid edərək deyil, açıq əlimizlə hörmət və sevgi duyaraq, adını çəkərək lövhəyə çağırmalıyıq.
beden-dili
Şagirdlərə xitab edərkən diqqət etməyinizi istədiyim şey, qollarınızın açıq, ovuclarınızın yuxarı və ya şagirdə baxan istiqamətdə olması və əllərinizi də həmişə belinizdən yuxarı tutmağınızdır. Bu, sinfin qavrama qabiliyyətini və sizinlə olan əlaqəni artırar.
Əlin yumruq olaraq istifadə edilməsi;
Əlin yumruq olaraq istifadə edilməsi yaxşı hal deyil. Yumruq insanı qoruyan təbii silahdır. Yumruq sadəcə üzə və qarına vurulmaz.Yumruq təhdidedici formada da istifadə edilə bilər.Yumruq stola qoyula bilər və yumşaq bir hərəkətlə havada tutula bilər.Yumruğu stola vurmaq kobudluq, duyğulara hakim ola bilməməyin işarəsidir. Əllərlə edilən ən təcavüzkar hərəkət budur. Sıxılmış bir yumruğu havada yellədən adam müdafiə etdiyi fikrə qarşı çıxıldığı vaxt, mübarizəni hansı şəkildə davam edəcəyinə şübhə yeri qoymur.
Barmağın havaya qalxması;
Əlin sıxılaraq şəhadət barmağının havaya qalxması və qarşıdakı şəxsi göstərməsi şagirdlərdə müqavimət və narahatçılıq meydana gətirir-təhdid və güc ifadə edən bir hərəkətdir. Şagirddə bu narahatçılığa qarşı çıxmaq, deyilənin əksini etmək istəyi meydana gətirir və müəllimə qarşı qəzəbli olmasına səbəb olur.
Şəhadət barmağınızı uzadıb şagirdi günahlandırarkən, digər üç barmağın bizi göstərdiyini unutmamalıyıq.
Bu görünüş qarşımızdakı insanı günahlandırdığımız mövzuda bizim də öz məsuliyyət dərəcəmizi düşünməmiz baxımından əhəmiyyətlidir.
Ovucun yuxarı baxması;
Ovucların yuxarı baxması ilə müəllim son dərəcə nəzakətli bir şəkildə şagirddən onun fikri ilə razılaşmasını istəyir. O qarşı tərəfdən gələn təkliflərə də hazır olduğunu bildirir.
Ovucun aşağı baxması;
Ovucun aşağı baxması artmış olan gərginliyə nəzarət etmək üçün soyuqqanlı yanaşma formasıdır.
Iki əlin ovuclarının qarşı tərəfə baxması;
İki əlin ovuclarının qarşı tərəfə baxması, müəllimin qarşı tərəfdən gələn təklif və müzakirələrə qarşı çıxmasıdır. Müəllim şagirdlə özü arasinda aşılmaz bir divar hörmüşdür.
Iki əlin ovuclarının sahibinin sinəsini göstərməsi;
İki əlin ovuclarının sahibinin sinəsini göstərməsi jesti qarşıdakı şagirdi və onun dediyi fikirləri qucaqlayaraq razılığa gəlmək arzusunu əks etdirir.
Əllərin bir-birinə keçirilməsi;
Əllərin bir-birinə keçirilməsi ümumi olaraq xoşa gəlməz bir şeyin,xəyal qırıqlıgının əlamətidir. Əgər dərsi izah edərkən şagirdin maraq dairəsindən kənara çıxdınızsa və artıq ona müraciət etmirsinizsə, o zaman şagirdin əlləri partanın üstündə bağlanmış və getdikcə yuxarı qalxdıgını görəcəksiz.
Əllərin öndə və arxada birləşdirilməsi;
Əllərin arxada birləşdirilməsi insanın özünə güvəndiyini və ətrafa meydan oxuduğunu xatırladır. Gizlədəcək və qorxacaq bir şeyin olmadığını qarşı tərəfə göstərirsiniz.
Əlləri bədənin arxasinda bükmək gücü təmsil edən polis, müəllim və zabitlər arasında bir jestdir.
Ümumiyyətlə, bu, dəhlizdən keçən məktəb müdirinin yerişidir. Əksər hallarda bu vəziyyət sinənin önə verilməsi, çiyinlərin qaldırılması və burunun yuxarı tutulması ilə tamamlanır.
Əllərin öndə birləşməsi isə itaəti və özünə inamsızlığı göstərir. Adətən boyunun əyilməsi, ciyinlərin aşağı düşməsi, bədənin bükülməsi ilə muşayiət olunur. Qarşıdakı insana başıma vur, çörəyimi al mesajını vermiş olur.
Məlumatlı vəziyyət;
Bu vəziyyət müəllimə “Mən bilirəm ” görünüşünü verir. İki əlin barmaqları birləşdirilir,burun azca yuxari tutulur, baxışlarda və üz xətlərində mövzuya tam sahiblik olur.
Bu hərəkəti etdikdə şagird sizin mövzuya tam hakim olduğunuzu və çox şey bildiyinizi düşünəcəkdir. Ancaq diqqətli olun, 45 dəqiqəlik dərs ərzində bu vəziyyəti davam etdirsəniz, tənəffüs zamanı sizi təqlid edən şagirdlərlə rastlaşacaqsınız.