среда, 11 ноября 2015 г.

Tələbə təqaüdlərinin yeni qaydası

Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2015-ci il tarixli sərəncamı ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilib.
Sərəncama müvafiq olaraq ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.
Ölkə başçısının imzaladığı bu sənəd Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa və gənclərin sosial müdafiəsini daha da gücləndirməyə xidmət edir.
Yeni qayda tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və ədalət prinsipinə əsaslanır. Belə ki, sərəncama müvafiq olaraq birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək.
Sərəncam, həmçinin bir sıra sosial yönümlü üstünlüklərə malikdir. Belə ki, sərəncamın tətbiqi aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradır.
Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər.
Sərəncam təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan verəcək. Bu da öz növbəsində təhsilin keyfiyyətinin yüksəldilməsinə və müvafiq olaraq keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacaq.


"ПЕДАГОГИКА" dərsliyi  haqqında

Azərbaycan ali məktəblərində təhsil alan rus qrupları üçün ilk dəfə "Pedaqogika" dərsliyi çap edilib.

İndiyə qədər tələbələr Rusiyanın pedaqogika dərsliklərindən istifadə edirdilər. İndi isə Milli kadrımız təərəfindən Pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadə və dos. Tariyel Məmmədov tərəfindən ADPU- nəşriyyatında belə dəyərli bir dərslik nəşr edilib.

Dərsliyin redaktoru, prof. Ləzifə Qasımovadır. Rəyçiləri prof. Hikmət Əlizadə, prof. Akif Abbasov, prof. Məcid İsmixanovdur.

Kitab pedaqoji təmayüllü ali məktəblərin və müəllim kadrları hazırlayan fakültələrin bakalavr təhsil pilləsi üçün nəzərdə tutulub.

Dərslik dörd hissədən ibarətdir:

1. Pedaqogikanın ümumi əsasları;
2.Təlim və tə
hsil (Didaktika);
3. Tərbiyə;
4. Məktəbşünaslıq.


Hər bölmə dolğun, məzmunlu yazılmışdır. Hər mövzunun əvvəlində plan verilmiş, sonunda ədəbiyyat siyahısı, sual və tapşırıqlar yer alıb.

Qeyd edək ki, dərslik yeniliklərlə zəngindir. Yeni pedaqoqji texnologiyalar, innovasiyalar, Yeni təlim metodları, fəal və intearktiv metodlar, habelə distant təhsil, virtual təhsil, konstruktiv təhsil, inklyuziv təhsil, Sinergetik təhsil, Sinektika və s. bu kimi yeniliklər ilk dəfədir ki, pedaqogika dərsliyində özünə yer tutub.

Dərslikdə Azərbaycan pedaqoji fikrinə də xüsusi yer ayrılıb. Belə ki, pedaqoji elmin inkişafında, yetişən gənc nəslin təlimi və tərbiyəsi haqqında, Azərbaycan məktəbinin inkişafında görkəmli Azərbaycan pedaqoqların, tanınmış şəxsiyyətlərin fikirləri, elmi-nəzəri ideyaları dərslikdə öz əksini tapıb. Bu da rus təhsillilər üçün çox mühümdür.

Dərslik çox sadə bir dillə, oxunaqlı şəkildə, gözəl dizaynla hazırlanıb.

İnanırıq ki, bu dərslkidən nəinki rus təhsilli tələbərimiz, rus dilli qruplarımız faydalanacaq , həmçinin ana dilində təhsil alan azərbaycanlı tələbələr də, müəllim və pedaqoqlar da , pedaqogika üzrə tədqiqatçılar da faydalanacaqlar.