воскресенье, 5 октября 2014 г.

Müəllimlər günü

     Müəllimlər  günü

5  oktyabr  1966-cı  ildə  YUNESKO  və   Beynəlxalq  Əmək   Təşkilatının   birgə   təşkilatçılığı   ilə  çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq  sənəd  imzalanmışdır. 1994-cü  ildən  isə  həmin  tarix  YUNESKO  tərəfindən  Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT -nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
   Hazırda  dünyanın 100-dən çox ölkəsində  ümumdünya  səviyyəsində qeyd  olunduğu  halda, bəzi ölkələrdə müxtəlif   tarixlərdə  ayrıca olaraq  milli səviyyədə  "Müəllimlər  günü" qeyd  edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü"  Albaniyada 8  mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr,  Özbəkistanda  1 oktyabr Türkiyədə isə  24 noyabr  tarixlərində  qeyd  olunur. Müstəqil  Azərbaycanda  isə  bu  tarix 1993-cü  il oktyabrın  5-də rəsmiləşdirilib.
Amma Azərbaycanda  "Müəllim günü"nün  kütləvi  şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün  1965 - ci  ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir. Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il oktyabr ayının birinci bazar günündə ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 30 sentyabr 2014 – cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyindəki ümumtəhsil müəssisələrində çalışan müəllimləri  “Tərəqqi” medalı ilə təltif edilən müəllimləri  təbrik edirəm.
"Tərəqqi" medalına layiq görülən mənimlə eyni məktəbdə çalışan Çingiz Muradlıya uğurlarının axarıncı olmasını  diləyirəm.
“Tərəqqi medalı”
Abbasova Kəmalə Əli qızı
Abdullayeva İlhamə Sarif qızı
Abdullayeva Viktoriya Vasilyevna
Ağayeva Nahidə Aslan qızı
Ağazadə Rəna Səməd qızı
Alışov Alış Musa oğlu
Babayeva Kamalə Ələkbər qızı
Bayramova Şəmsiyyə Əflatun qızı
Cəfərova Məlahət Süleyman qızı
Cəfərzadə Kəmalə Əhməd qızı
Eldarova İradə Baba qızı
Ədilova Bəsti Möhtəsim qızı
Əfəndiyeva İradə Ağaəli qızı
Əhmədova Naibə Əliağa qızı
Əhmədova Nəzakət Emin qızı
Əliyeva Afət Məmmədağa qızı
Əliyeva Elina Cahangir qızı
Əliyeva Qəmər Nəbi qızı
Əlizadə Sevda Cavanşir qızı
Əmirova Nüşabə Baxşəli qızı
Fətəliyev Əli Fətəli oğlu
Fətullayev Teymur Sabir oğlu
Hacıyeva Arzu Hümbət qızı
Həsənov Mehdi Əli oğlu
Həşimova Aygün Baba qızı
Hümbətova Səfurə Kamran qızı
Hünbətəliyev Hümbət Umud oğlu
Hüseynov Rafiq Ramazan oğlu
Xuduyev Elnur Məmmədəli oğlu
İbrəhimov Şamil Şahmirzə oğlu
İmanov Elmin Allahverdi oğlu
Kazımov Rafiq Rəhim oğlu
Kərimova Çimnaz Əşrəf qızı
Qasımov Anar Yaşar oğlu
Qasımov Qəhrəman Məhəmmədəli oğlu
Qasımov Rüfət Şəmşəd oğlu
Qaziyeva Məhsəti Sabir qızı
Qədirova Rəna Balahüseyn qızı
Məhərova Natiqə Umud qızı
Məlikova İradə Telman qızı
Məmmədbəyova Cavidə Şərif qızı
Məmmədov Əlimuxtar Miralı oğlu
Məmmədova Adilə Sultan qızı
Məmmədova Mehriban Niyaz qızı
Məmmədova Şirincan Əvəz qızı
Muradlı Çingiz Məzahir oğlu
Mustafayeva Könül Nadir qızı
Nağıyeva Sədaqət Sənan qızı
Novruzov Zəfər Novruz oğlu
Rüstəmov Azər Əmrah oğlu
Rüstəmov Kamandar Adil oğlu
Rüstəmova Aynur Xanlar qızı
Rzayev Kamran Əmir oğlu
Rzayeva Əntiqə Əvəz qızı
Rzayeva Səmayə İslam qızı
Sadiqova Xalidə Rza qızı
Salmanova Ruqiyyə Murad qızı
Səfərova Gülnarə Sabir qızı
Soltanova Elmira Qaraş qızı
Veyisova Xəyalə Elbrus qızı"