вторник, 28 июля 2015 г.

KURIKULUM.AZ FACEBOOK SƏHİFƏSİ OĞURLANDI

Əməkdar müəllim, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun şöbə müdiri Almaz Həsrətin qurub idarə etdiyi Kurikulum.az  Facebook qrupu oğurlanıb. Bu haqda xəbəri onun özü Facebook profilində paylaşıb.

O bildirib ki, Facebook-dakı Kurikulum.az qrupum da başqa birisi tərəfindən ələ keçirilib. 14 iyuldan qrupa Almaz Həsrət idarə etmir. Şöbə müdiri qeyd edir ki, Kurikulum.az-da  (14 iyuldan sonra – Red.) paylaşılanlara görə məsuliyyət daşımır.

Müdaxilənin üzərindən artıq 14 gün keçsə də qrupu geri almaq mümkün olmayıb.

Almaz Həsrət Xeberler.az-a bildirib ki, artıq özü şəxsən bəzi araşdırmalar aparıb:“Mən artıq İnstitutun direktoru Qulu Novruzova bu haqda yazılı müraciət etmişəm. Fakt odur ki, iş yerimdəki kompüterə kənar müdaxilə edilib. Bunun ilkin araşdırmasını iş yerinin özü aparmalıdır. Əgər məsələ tam həllini tapmasa yəqin ki, müvafiq dövlət qurumlarına müraciət zərurəti yaranacaq”.

Qeyd edək ki, bu qrupda 22 mindən artıq müəllim, şagird və valideyn artıq 5 ildir ki, kurikulum və ümumilikdə təhsillə bağlı müzakirələr aparır, paylaşımlar edir.

Qrupu hazırda Grüne Seiten adlı saxta profil idarə edir.


Xeberler.az