Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün “Təməl” təqaüd proqramı təklif edir. Nazirlikdən verilən məlumata görə, müsabiqə əsasında seçiləcək müəllimlər “Təməl” təqaüd proqramı çərçivəsində yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqlar. 16 həftəlik təlim kursunda iştirakçılar yaş fiziologiyası və psixologiyası, ibtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri, pedaqoji ustalıq praktikumu və İKT savadlılığı mövzularında yeni yanaşmalarla tanış olacaqlar.
Təlim keçənlər yekun qiymətləndirmədə
iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş
iştirakçılara sertifikat və təlim resursları təqdim olunacaq.
Комментариев нет:
Отправить комментарий