İbtidai təhsil elmin ilk pilləsidir! İsmayıllı şəhər E.Məmmədov adına 3№-li t məktəb-liseyin ibtidai sinif müəllimi Hüseynova Vəfanın metodik blogu
четверг, 17 ноября 2016 г.
17 noyabr Milli Dirçəliş günü
воскресенье, 8 мая 2016 г.
"AİLƏ PEDAQOGİKASI" - DƏYƏRLİ DƏRSLİK NƏŞR EDİLDİ
"AİLƏ PEDAQOGİKASI" - DƏYƏRLİ
DƏRSLİK NƏŞR EDİLDİ
Ailə dövlətin təməli olduğu kimi,
insanlığın, bəşəriyyətin də davamı üçün çox önəmli bir ünsür, hamının
rahatlıqla sığınıb isindiyi bir ocaqdır. Ailə kiçik bir dövlət hesab edilərək
cəmiyyətin əsasını təşkil edir. Ailə
məsələsi bütün dövrlərdə insanları, dövlətləri düşündürən, onlar üçün hər
şeydən zəruri olan bir məsələdir. Onun necə olması, hansı təməllər üzərində
qurulması, inkişafı, övladların tərbiyəsi
millətin və dövlətin gələcəyinin əsas şərtlərindəndir. Ailə elə bir
qurumdur ki, burada ailə üzvləri bütün tərəfləri və cəhətləri ilə əhatə
olunmuşdur. Bütün şəxsi, mənəvi, əxlaqi keyfiyyətlər öncə ailədə formalaşır.
Ailənin şəxsiyyətin inkişafında, böyüyən insanın taleyində əhəmiyyəti çox
böyükdür. Ailə cəmiyyətin insan qruplarının
ilkin mərhələsi olub ər-arvadı, uşaqları
öz ətrafında birləşdirən insan qrupudur. Hər bir insanın mənəvi
keyfiyyətləri, davranışının ilkin cəhətləri ailədə formalaşır, xüsusilə - xeyirxahlıq, diqqətlilik, qayğıkeşlik, böyüklərə, valideynlərə hörmət,
kiçiklərə qayğı, sadəlik, təvazökarlıq, düzlük və doğruçuluq, əməksevərlik,
vətənpərvərlik kimi mənəvi, əxlaqi keyfiyyətlərin tərbiyə olunması ailədə formalaşır.
Qloballaşan
cəmiyyətimizdə gündən-günə artan və diqqəti cəlb edən həyat hadisələri onu
göstərir ki, müxtəlif amillərin təsiri
nəticəsində ailə tərbiyəsi sistemində problemlər, çətinliklər əsaslı dəyişikliklər baş
verməkdədir. Uzun əsrlər boyu milli-mənəvi dəyərlərə bağlılığını qoruyub
saxlamış ənənəvi ailə məfhumunun bəzi hallarda erroziyaya
uğraması prosesi də
nəzərə çarpır. Bu xoşagəlməz dəyişmənin əsas
səbəbləri kimi sosial-iqtisadi çətinlikləri, azuşaqlı və təkuşaqlı ailələrin
sayının artmasını, yeni qurulmuş ailələrin təcrübəli valideynlərdən çox tez ayrılaraq müstəqil həyata erkən başlamalarını, sosial amilləri və ən
əsası gənclərin ailə qurumu mövzusunda az
biliyə sahib olmalarını göstərmək olar.
Bu günlərdə prof.R.L. Hüseynzadənin və
dos.L.Z.Allahverdiyevanın ADPU-nun
mətbəəsində çapdan çıxmış "Ailə pedaqogikası" adlı dərsliyini çox əhəmiyyətli və dəyərli hesab edirik.
Dərsliyin redaktoru, prof. Oruc Həsənli,
rəyçiləri isə prof. İsmayıl Əliyev, prof. Akif Abbasov, prof. Hikmət Əlizadə,
prof. İramin İsayev, dos.Vahid Rzayevdir. Dərslik Naxçıvan Müəllimlər
İnstitutunun Pedaqogika və psixologiya kafedrasının iclasında və Naxçıvan
Müəllimlər İnstitutunun Elmi Şurasında müzakirə
edilərək bəyənilmiş və dərslik kimi nəşr
edilməsi məsləhət bilinmişdir.
“Ailə pedaqogikası” pedaqogika elminin mühüm bir sahəsini təşkil edir. Tərbiyə
işində çox mühüm mərhələ hesab edilən ailə tərbiyəsi öz aktuallığı ilə daim diqqət mərkəzində
olmuşdur. Məhz bu baxımdan pedaqoji təmayüllü ali məktəblərdə və ya
fakültələrdə bakalavr təhsil pilləsində tədris olunan “Ailə pedaqogikası” fənninin tədrisi xüsusi
əhəmiyyət kəsb edir.
Belə bir dərslik ilk dəfədir nəşr edilir. Belə
ki, gələcəkdə valideyn olmağa hazırlaşan gənclər bu fənni öyrənərkən ailə
etikasına, ailə etikasının tələblərindən
irəli gələn məhəbbətə, nikaha və
ailəyə, ailə münasibətlərinə, nikahın uğurlu və ailənin möhkəm olmasına, ailədə qarşılıqlı münasibətlərin qurulmasına, uşaqların tərbiyəsi və təhsilinə, vətənin ləyaqətli vətəndaşları kimi yetişdirilməsinə ciddi və məsuliyyətlə
yanaşmaq adəti və qabiliyyəti formalaşdırmaq
barədə fikirlərlə tanış olurlar.
Bu
dərslik demək olar ki, əsasən gənclər auditoriyası üçün nəzərdə tutulmuşdur.
Hansı ki, bu auditoriyanın gənc
övladları ailə həyatına hazırlaşır, gözəl ailə quraraq vətən üçün layiqli
vətəndaşlar yetişdirəcəklər. Bu cəhətdən
"Ailə pedaqogikası" dərsliyi gənclərimiz üçün çox dəyərli, əhəmiyyətli bir kitab
olaraq bir istiqamətverici, bir yol göstəricisi və yeri gələndə də bir öyüdləyici kitabdır.
Bu bir dəyərli dərslik olaraq
müəllimlərimiz üçün məlumatverici,
maarifləndirici bir kitab, bilik
mənbəyidir. Bu dili aydın, səlis, ailə
həyatından götürülmüş nümunə və
təcrübələrlə zəngin olan bir
kitabdır. Maraqlı cəhətlərdən
biri də budur ki, dərslikdə ailə
tərbiyəsi ilə bağlı müsbət nümunələrin verilməsi ilə yanaşı, həm də yanlış
tərbiyə nümunələri, səhv tərbiyə üsulları da verilmişdir. Verilən nümunələr isə demək olar
ki, hər bir ailədə başa verə biləcək hadisə və təcrübələrdir.
"Ailə
pedaqogikası" dərsliyində ailə
tərbiyəsinin, ailə həyatının, ailə münasibətlərinin demək olar
ki, bütün sahələrinə toxunulmuşdur. Belə ki, dərslikdə bir çox
sahələr geniş şərh edilmiş, bəzi
sahələr isə az şərh edilmiş, bəzən də
bəhsə uyğun nümunə və təcrübələr
verilmişdir. Dərsliyin mündəricatına xüsusilə fəsillərə baxsaq, dərslik
haqqında müəyyən təsəvvürlərə malik ola bilərik: I fəsil. Ailə və onun xüsusiyyətləri; II
fəsil. Ailədə uşaqların tərbiyəsinin təşkili.
III fəsil. Hərtərəfli şəxsiyyət yetişdirmək ailənin əsas məqsədidir. IV fəsil. Mədəni
vərdişlərin formaları və uşaqlarda tərbiyə olunma imkanlar; V fəsil. Şəxsiyyətin inkişafi və ailədə uşağın sosial inkişaf şəraiti; VI fəsil. Məktəbin ailə
ilə əlaqə formaları.
Sonda istifadə edilmiş
ədəbiyyat verilmişdir.
Hər
fəsil bir neçə yarımfəsildən
ibarətdir. Tələbələrin müstəqil çalışması üçün hər yarımfəsildən sonra suallar, tapşırıqlar və
istifadə üçün ədəbiyyat siyahısı verilmişdir.
Göründüyü kimi dərslik geniş və əhatəli işlənmişdir. Bu dərslikdən
nəinki tələbələr, nəinki müəllimlər, həmçinin ailə həyatına hazırlaşan hər bir gənc üçün əhəmiyyətli və dəyərli bir kitabdır. Bu dərslik ailə tərbiyəsinin düzgün qurulması üçün
istifadə ediləcək dəyərli mənbədir.
Həmçinin ailə tərbiyəsində çətinlik çəkən, övladları ilə düzgün ünsiyyət və
münasibət qura bilməyən valideynlər üçün də faydalıdır.
Bu
dərslik hamı üçün gərəkli və əhəmiyyətli bir
kitabdırпонедельник, 14 марта 2016 г.
Beynəlxalq trening
5 mart 2016-cı il Global Carrer institutunun təşkil etdiyi möhtəşəm beynəlxalq treninqdə. Təlimçilər Dr. Aysel Ferah Özcan Sakarya Dövlət Universitetindən "Təhsildə müasir qiymətləndirmə metodları", prof. Dr. Ali Osman Özcan İstanbul Gelişim Universitetindən "Uşaqlarda zehni inkişafın psixoloji metodları" mövzusunda mükəmməl təqdimatlarını dinlədik.
понедельник, 22 февраля 2016 г.
Xocalı soyqırımı
Rəsmi məlumata görə, Xocalının işğalı nəticəsində
613 insan həlak olub, onlardan
63-ü – uşaq;
106-sı - qadın;
70-i – qoca olub.
76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb.
Girov götürülən insanların sayı – 1275 nəfərdir.
İtkin düşənlərin sayı – 150 nəfərdir.
#justiceforkhojaly #armenianaggression#armenianterror #khojaly
The victims of ethnic cleansing in Khojaly are:
613 killed by Armenians:
63 children
106 women
70 elderly people
487 wounded
1275 captives
150 missing
613 insan həlak olub, onlardan
63-ü – uşaq;
106-sı - qadın;
70-i – qoca olub.
76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb.
Girov götürülən insanların sayı – 1275 nəfərdir.
İtkin düşənlərin sayı – 150 nəfərdir.
#justiceforkhojaly #armenianaggression#armenianterror #khojaly
The victims of ethnic cleansing in Khojaly are:
613 killed by Armenians:
63 children
106 women
70 elderly people
487 wounded
1275 captives
150 missing
Подписаться на:
Сообщения (Atom)