Bakı, CASCFEN, 05.08.2015
– Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN)
“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti
seminarını İsmayıllıda keçirib. İsmayıllıdakı Heydər Əliyev Mərkəzində
baş tutmuş seminarı Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib.
Tədbirdə 24 nəfər iştirak edib.
İsmayıllı rayon təhsil şöbəsinin
təmsilçisi Ramiz Baloğlanov qonaqları və iştirakçıları salamlayaraq
Azərbaycanda ifadə azadlığı mədəniyyətinin genişləndirilməsi üçün atılan
addımları yüksək dəyərləndirib. O, dövlətin gördüyü işləri ayrıca
vurğulayaraq qeyd edib ki, son illər ərzində bu yöndə ciddi işlər
görülməkdədir.
Daha sonra CASCFEN sədri Azər Həsrət İsmayıllı rayonunda seminarın keçirilməsinin təsadüf olmadığını deyib.
“Biz İsmayıllı müəllimlərinin yeni
texnologiyalara olan marağını nəzərə alaraq bu rayonu da layihəmizə
daxil etmişik. Bilirik ki, sizin rayonun müəllimləri istər rayon
səviyyəsində, istərsə də ölkə səviyyəsində belə proqramlarda həvəslə
iştirak edirlər, çoxlu uğurlara imza atıblar. O baxımdan düşündük ki,
seminarımız üçün ən uyğun iştirakçıları elə bu rayondan tapa bilərik”, –
deyə Azər Həsrət bildirib.
Seminarın eksperti, Azərbaycanda Atatürk
Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı isə çıxışında qeyd edib ki,
İsmayıllı hər zaman Azərbaycan dövlətçiliyi tarixində öz rolunu oynayıb.
Bölgənin insanlarının istiqanlı və pozitiv olmasına diqqət çəkən Əkbər
Qoşalı İsmayıllıdakı inkişafın da nəzərdən qaçmadığını vurğulayıb.
Rayon icra hakimiyyətinin əməkdaşı Gülər
Baxışova da qonaqları və iştirakçıları salamlayaraq qeyd edib ki,
İsmayıllıda QHT-lərin fəaliyyətinə, vətəndaş maarifləndirməsinə böyük
önəm verilir.
“Bizim elə bu Mərkəzdə tez-tez bənzər
tədbirlər təşkil edilir. O baxımdan sizin də belə bir seminar
keçirmənizi alqışlayırıq”, – deyə Gülər xanım bildirib.
Bundan sonra işinə başlayan seminarda
ekspert Azər Həsrət onlayn ifadə azadlığına təminat verən beynəlxalq və
milli normalar haqqında qeydlərini edib. O, ayrı-ayrı örnəklərlə bu
sahədə qarşıya çıxa biləcək problemlərdən də danışıb.
Ekspert Əkbər Qoşalı isə Azərbaycanda
sosial şəbəkə istifadəçiləri arasında tez-tez rast gəlinən hallardan
örnəklər verməklə ortaya çıxan problemlər haqqında təcrübəsini paylaşıb.
Bundan sonra Azər Həsrət netiketin 10 qızıl qaydası haqqında geniş bilgi verib və seminar başa çatıb.
Anonim sorğu zamanı iştirakçılardan 17-si seminarı əla, 6-sı isə yaxşı qiymətləndirib.
Sonda sertifikatlar təqdim edilib, qrup şəkli çəkdirilib.
Seminardan bütün
CASCFEN Mətbuat Xidməti