воскресенье, 29 января 2017 г.

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

Çoxları elə zənn edir ki, gözəl nitq qabiliyyəti və sərrast diksiya yalnız aparıcılara və ya ictimaiyyət qarşısında çıxış etməli olan digər insanlara lazımdır. Lakin heç bir işi olmayan, vaxtını daha çox evdə keçirən evdar xanımların da səlis danışıq qabiliyyətinə yiyələnməsi vacibdir. Şagirdlərin orta məktəbdə oxuduqları zaman düzgün nitq qabiliyyətini mənimsəmələrində müəllimlə bərabər valideyn də önəmli rol oynayır. Məlumdur ki, şagirdlərin yazı və nitq qabiliyyətlərinin aşkarlanması üçün son zamanlarda orta məktəblərin buraxılış imtahanlarında bir sıra dəyişikliklər edildi. Məhz yeni qaydalara əsasən 9-cu siniflərin buraxılış imtahanı iki mərhələdə həyata keçiriləcək. Tam orta təhsil (11-ci sinif) səviyyəsi üzrə isə buraxılış imtahanı qaydalarında dəyişiklik edilməyib.
 
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyir ki, dəyişikliklərdə olan əsas məqam şagirdlərin bacarıqları ilə bağlıdır:
 
"Əgər biz 25 il imtahanlarda şifahi nitqi ölçməmişiksə, bu gün bizim insanların normal nitqdə danışa bilməməsi təəccüb doğurmamalıdır. Və ya biz 25 il yazı bacarıqlarını ölçməmişiksə, bizdə təəccüb yaranmamalıdır ki, niyə məzun yaza bilmir. Çünki yaxşı yazmaq abituriyentin universitetə qəbul olunması ilə nəticələnmir”.
 
"Məncə, biz bu məsələni baza olaraq anlamalıyıq və arqumentlərimizi də bunun üzərində qurmalıyıq. Ona görə də, şagirdlərdə hansı bacarıqların formalaşması və ölçülməsi bizim üçün məsələnin ən əsas məqamıdır” – deyə o bildirib.
 
Respublikanın Əməkdar müəllimi Almaz Həsrət şagirdlərin danışıq qabiliyyəti və onların fikirlərini ifadə etmələri ilə bağlı "Şərq”ə açıqlama verib. Əməkdar müəllimin sözlərinə görə, şagirdlərin nitqində olan çatışmazlıqları aradan qaldırmaq üçün mütaliə əsas vasitədir:
 
"Həqiqətən də bizim məktəbdə təhsil alan şagirdlərimiz bəzən mütaliə ilə məşğul olmadıqları üçün öz fikirlərini sərbəst cümlələrlə ifadə edə bilmirlər. Çünki orta məktəblərin bəzilərində keçid dövrü baş verir. Bu dövrdə müəllimlərin yeni təlim proqramlarına, yəni kurrikulumların mənimsənilməsinə başları qarışdığından və mütəmadi kurslara getdiklərindən, daha çox öz üzərlərində çalışmalarından irəli gələrək tədrisdə zəiflik müşahidə olundu. Əsas səbəblərdən biri də müəllimlərin şagirdlərə ev tapşırıqlarında, dərsin düzgün mənimsənilməsi ilə bağlı olan müəyyən ləvazimat və alətlərdən istifadə etmə qaydalarını öyrətmədiklərindən bizim şagirdlərin mənimsəmələrində müəyyən boşluqlar yarandı. Boşluqların aradan qaldırılması üçün Emin müəllimin fikirlərini təqdirəlayiq hesab edirəm. Bunun qarşısını almağın bir neçə yolu var. Biz də məktəbdə təhsil almışıq və bizə daim əlavə olaraq ədəbiyyatın oxunmasını tapşırıblar. İndi isə daha gözəl imkanlar yaranıb. Əgər mən müəyyən ədəbi kitabı əldə etmək istəyirəmsə, onların elektron versiyası da var. Şagirdlərimiz elektron avadanlıqlara bağlanıbsa, bu avadanlıqlarda onların dil, danışıq, ünsiyyət qabiliyyətlərinin formalaşdırılması üçün mütaliənin yeni formasından – elektron formada olan bədii kitablardan istifadə edə bilərlər. Bu zaman onların söz ehtiyatı arta və fikirlərini sərbəst ifadə edə bilərlər”.

пятница, 20 января 2017 г.

20 Yanvar Qan yaddaşımız

                                                           Qanlı 20 yanvar
Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet ittifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan  rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ  Konstitusiyası,  Azərbaycan  Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan  xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır Mənbəə:.https://az.wikipedia.org/wiki/Qara_Yanvar

четверг, 17 ноября 2016 г.

17 noyabr Milli Dirçəliş günü




Milli Dirçəliş günü — 17 noyabr 1992-ci ildə elan olunmuşdur. 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda  olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ  məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının  əsas meydanı sayılan  Azadlıq meydaninda  (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda  bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

воскресенье, 8 мая 2016 г.

"AİLƏ PEDAQOGİKASI" - DƏYƏRLİ DƏRSLİK NƏŞR EDİLDİ

       "AİLƏ PEDAQOGİKASI" - DƏYƏRLİ DƏRSLİK NƏŞR EDİLDİ

        Ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşə­riy­­yə­tin də davamı üçün çox önəmli bir ünsür, hamı­nın rahat­lıq­la sığınıb isindiyi bir ocaqdır. Ailə kiçik bir dövlət hesab edilərək cəmiyyətin əsasını təşkil edir.  Ailə məsələsi bütün dövr­lərdə insanları, dövlətləri düşün­dürən, onlar üçün hər şeydən zəruri olan bir məsələ­dir. Onun necə olması, hansı təməllər üzərində qurul­ma­sı, inkişafı,  övlad­la­rın tər­bi­yəsi millətin və dövlətin gələcə­yi­nin əsas şərtlə­rin­dəndir. Ailə elə bir qurumdur ki, burada ailə üzvləri bütün tərəfləri və cəhətləri ilə əhatə olunmuşdur. Bü­tün şəxsi, mənəvi, əxlaqi keyfiyyətlər öncə ailədə for­ma­laşır. Ailə­nin şəxsiyyətin inkişafında, böyüyən insanın tale­yində əhəmiyyəti çox böyükdür. Ailə cəmiyyətin insan qruplarının ilkin mərhə­­­si olub ər-arvadı, uşaqları öz ətra­fın­da birləşdirən insan qru­pu­dur. Hər bir insanın mənəvi keyfiyyətləri, davranı­şının ilkin cəhətləri ailədə formalaşır, xüsusilə - xeyir­xah­lıq, diqqətlilik, qayğı­keşlik, böyük­­rə, vali­deyn­lərə hörmət, kiçiklərə qayğı, sadəlik, təvazö­kar­lıq, düzlük və doğru­çu­luq, əməksevərlik, vətənpər­vər­lik kimi mənəvi, əxlaqi keyfiyyətlərin tərbiyə olun­ma ailədə formalaşır.
Qloballaşan cəmiyyətimizdə gündən-günə artan və diq­qə­­ti cəlb edən həyat hadisələri onu göstərir ki, müxtə­lif amil­­lə­rin təsiri nəticəsində ailə tərbiyəsi sistemində problemlər, çətinliklər əsaslı dəyişik­liklər baş verməkdədir. Uzun əsrlər boyu milli-mənəvi dəyərlə­rə bağlılığını qoruyub saxlamış ənə­­­vi ailə məfhumunun bəzi hallarda erroziyaya uğra­ması prosesi nəzə­­­­rə çarpır. Bu xoşagəlməz dəyiş­­mə­nin əsas səbəbləri kimi sosial-iqtisadi çətinlikləri, az­uşaqlı və təkuşaqlı ailə­­rin sayının artmasını, yeni qurulmuş ailələrin təcrü­bəli valideyn­lərdən çox tez ayrılaraq müstəqil həyata er­kən başla­malarını, sosial amil­ləri və ən əsası gənc­­lərin ailə qurumu mövzusun­da az biliyə sahib olmalarını göstərmək olar.
      Bu günlərdə  prof.R.L. Hüseynzadənin və dos.L.Z.Allahverdiyevanın  ADPU-nun mətbəəsində çapdan çıxmış "Ailə pedaqogikası" adlı dərsliyini  çox əhəmiyyətli və dəyərli hesab edirik. Dərsliyin redaktoru,  prof. Oruc Həsənli, rəyçiləri isə prof. İsmayıl Əliyev, prof. Akif Abbasov, prof. Hikmət Əlizadə, prof. İramin İsayev, dos.Vahid Rzayevdir. Dərslik Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının iclasında və Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasında müzakirə  edilərək bəyənilmiş və dərslik kimi nəşr  edilməsi  məsləhət bilinmişdir.
       “Ailə pedaqogikası” pedaqogika  elminin mühüm bir  sahəsini təşkil  edir.  Tərbiyə işində çox mü­hüm mərhələ hesab edilən ailə tərbiyəsi öz  aktuallığı ilə daim diqqət mərkəzində olmuşdur. Məhz bu baxımdan pedaqoji təmayüllü ali mək­təb­­lərdə və ya fakültələrdə bakalavr təhsil pilləsində tədris olunan “Ailə peda­qo­gi­kası” fənninin tədrisi  xüsusi əhəmiyyət kəsb edir. Belə bir dərslik ilk dəfədir nəşr edilir.  Belə ki, gələ­cək­də valideyn olmağa hazırlaşan gənclər bu fənni öyrə­nər­kən ailə etikasına, ailə etikasının tələblərindən irəli gələn məhəb­bətə, nika­ha və ailəyə, ailə münasi­bət­lərinə, nika­hın uğur­­lu və ailə­nin möh­kəm olması­na, ailədə qarşılıqlı mü­na­­sibət­lərin qurul­ma­sına, uşaq­la­rın tərbiyəsi və təhsi­linə, vətə­nin ləya­qət­li vətəndaş­ları kimi yetiş­dirilməsinə ciddi və məsu­liy­yətlə yanaş­maq adəti və qabiliy­yəti formalaş­dırmaq barədə fikir­lərlə tanış olurlar.
       Bu dərslik demək olar ki, əsasən gənclər auditoriyası üçün nəzərdə tutulmuşdur. Hansı ki,  bu auditoriyanın gənc övladları ailə həyatına hazırlaşır, gözəl ailə quraraq vətən üçün layiqli vətəndaşlar yetişdirəcəklər. Bu cəhətdən  "Ailə pedaqogikası" dərsliyi gənclərimiz  üçün çox dəyərli, əhəmiyyətli bir kitab olaraq  bir istiqamətverici,  bir yol göstəricisi və  yeri gələndə də bir öyüdləyici  kitabdır. 
       Bu bir dəyərli  dərslik olaraq müəllimlərimiz  üçün məlumatverici, maarifləndirici bir  kitab, bilik mənbəyidir. Bu dili  aydın, səlis, ailə həyatından götürülmüş nümunə  və təcrübələrlə zəngin olan bir  kitabdır.   Maraqlı cəhətlərdən biri  də budur ki, dərslikdə ailə tərbiyəsi ilə bağlı müsbət nümunələrin verilməsi ilə yanaşı, həm də yanlış tərbiyə nümunələri, səhv tərbiyə üsulları da  verilmişdir. Verilən nümunələr isə demək olar ki, hər  bir  ailədə başa verə  biləcək hadisə və təcrübələrdir.
     "Ailə pedaqogikası" dərsliyində  ailə tərbiyəsinin, ailə həyatının, ailə münasibətlərinin   demək olar  ki, bütün sahələrinə toxunulmuşdur. Belə ki, dərslikdə  bir çox  sahələr geniş şərh  edilmiş, bəzi sahələr isə az şərh  edilmiş, bəzən də bəhsə uyğun nümunə və təcrübələr  verilmişdir. Dərsliyin mündəricatına xüsusilə fəsillərə baxsaq, dərslik haqqında  müəyyən təsəvvürlərə  malik ola bilərik:  I fəsil. Ailə və onun xüsusiyyətləri; II fəsil. Ailədə uşaqların tərbiyəsinin təşkili.  III fəsil. Hərtərəfli  şəxsiyyət  yetişdirmək ailənin əsas  məqsədidir. IV fəsil. Mədəni vərdişlərin formaları və uşaqlarda tərbiyə olunma imkanlar; V fəsil. Şəxsiyyətin inkişafi və ailədə  uşağın   sosial inkişaf şəraiti; VI fəsil. Məktəbin ailə ilə  əlaqə formaları.
Sonda istifadə edilmiş ədəbiyyat verilmişdir.
           Hər  fəsil bir  neçə yarımfəsildən ibarətdir. Tələbələrin müstəqil çalışması üçün hər  yarımfəsildən sonra suallar, tapşırıqlar  və  istifadə üçün ədəbiyyat siyahısı verilmişdir. 
          Göründüyü kimi dərslik geniş və əhatəli işlənmişdir. Bu dərslikdən nəinki tələbələr, nəinki müəllimlər, həmçinin ailə həyatına  hazırlaşan hər bir gənc üçün  əhəmiyyətli və dəyərli bir  kitabdır. Bu dərslik  ailə tərbiyəsinin düzgün qurulması üçün istifadə  ediləcək dəyərli mənbədir. Həmçinin ailə tərbiyəsində çətinlik çəkən, övladları ilə düzgün ünsiyyət və münasibət  qura  bilməyən valideynlər  üçün də faydalıdır.
       Bu dərslik  hamı üçün gərəkli və əhəmiyyətli  bir  kitabdır

понедельник, 14 марта 2016 г.

Beynəlxalq trening

5 mart 2016-cı il Global Carrer institutunun təşkil etdiyi möhtəşəm beynəlxalq treninqdə. Təlimçilər Dr. Aysel Ferah Özcan Sakarya Dövlət Universitetindən "Təhsildə müasir qiymətləndirmə metodları", prof. Dr. Ali Osman Özcan İstanbul Gelişim Universitetindən "Uşaqlarda zehni inkişafın psixoloji metodları" mövzusunda mükəmməl təqdimatlarını dinlədik.

понедельник, 22 февраля 2016 г.

Xocalı soyqırımı

Rəsmi məlumata görə, Xocalının işğalı nəticəsində
613 insan həlak olub, onlardan
63-ü – uşaq;
106-sı - qadın;
70-i – qoca olub.
76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb.
Girov götürülən insanların sayı – 1275 nəfərdir.
İtkin düşənlərin sayı – 150 nəfərdir.
#justiceforkhojaly #armenianaggression#armenianterror #khojaly
The victims of ethnic cleansing in Khojaly are:
613 killed by Armenians:
63 children
106 women
70 elderly people
487 wounded
1275 captives
150 missing

среда, 11 ноября 2015 г.

Tələbə təqaüdlərinin yeni qaydası

Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2015-ci il tarixli sərəncamı ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilib.
Sərəncama müvafiq olaraq ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.
Ölkə başçısının imzaladığı bu sənəd Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa və gənclərin sosial müdafiəsini daha da gücləndirməyə xidmət edir.
Yeni qayda tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və ədalət prinsipinə əsaslanır. Belə ki, sərəncama müvafiq olaraq birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək.
Sərəncam, həmçinin bir sıra sosial yönümlü üstünlüklərə malikdir. Belə ki, sərəncamın tətbiqi aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradır.
Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər.
Sərəncam təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan verəcək. Bu da öz növbəsində təhsilin keyfiyyətinin yüksəldilməsinə və müvafiq olaraq keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacaq.